ADINA GÜNÜ

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. DUZ, XAS, ADINA və s... Bir qismi yaddan çıxıb, ADINA ona görə yadda qalıb ki, biz Azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4 - cü, yəni ADINA günü oldu. 30 aprel 2009 - cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin ADINA olan bir gün bu gündür.....









