ANSTV.ws - Rəsmi veb-sayt | Haqqında
ANS TV

İnformasiya | Radio | Karyera |

 İndi yayımda -

ANS TV

 

 

 
Hindistan Sevgi Əhvalatı [ANONS]

Klip  00:50

 
 
Hindistan Sevgi Əhvalatı [18.08.2010]

Klip  01:03

 
 
Hindistan Sevgi Əhvalatı [17.08.2010]

Klip  01:20

 
 
Hindistan Sevgi Əhvalatı [16.08.2010]

Klip  00:53

 
 
Hindistan Sevgi Əhvalatı [13.08.2010]

Klip  01:06

 
 

Haqqında


Serialda təsvir olunmuş  əhvalat müqəddəs Qanq çayının sahilində, yetim qalmiş Bauanın (toxunulmaz) Opaş və Şankarın mübahisə obyektinə çevrildiyi yerdə vaqe olur. Şankar Bauanı oğulluğa götürmək qərarına gəlir. Vaxt keçir, Bauan boyüyub yaşa dolur. Gənc və gözəl hind qizi Mayya məbəddə Bauanı görür və ona vurulur. Ancaq tezliklə baş verən hadisələr onları biri birindən ayırır. Bauan Braziliyaya işləməyə gedir, Mayya isə ondan hamilə olmasına baxmayaraq, valideyinlərinin təkidi ilə Raca ərə getmək məcburiyyətində qalır. Rac  tanınmış ış adamı Opaşın oğludur, o,  bu evliliyə görə Braziliyanı  və keçmiş nişanlısı Dudunu tərk etmişdir.
Diqqəti daha çox cəlb edən teleserialin “Braziliya hissəsində” baş verən hadisələr torudur.  Kodore ailəsi diqqət mərkəzindədir. Senyor Kodore ailənin başçısı, ağsaqqalı olması ilə yanaşı,  həm də ailə biznesinin bünövrəsini qoyan adamdır. O öz imperiyasının idarəsini iki oğlu- Ramiru və Raula tapşırıb. Ramiru Melissa ilə evlidir onların Tarso və İnes adlı iki övladı var. Tarsoda şezofrerniya əlamətləri  peyda olan andan  o,  valideyinlərinin öz günahı ucbatından onların  baş ağrısına çevrilir. Tarsonu babasının köhnə dostu doktor Kastanonun klinikasına yerləşdirirlər. Kiçik qardaş Raul Silviya ilə evlidir. Onların ailəsini Silviaynın “rəfiqəsi”-başdan xarab İvoni dağılmaq təhlükəsinə çatdısrır, o, Raulu başdan çıxararaq, onu Braziliyadan qaçmaq üçün dilə tutur. Raul öz ölümünü səhnələşdirərək firmadan oğurladığı pulların hesabına yaşamaq niyyətində olaraq İvoni ilə Dubaya qaçır. Tezliklə İvoni Raulu səfalət içində tərk edəcək.

 

 

www.chingizclub.com   www.bakifilm.com