İradə İsaq

İradə İsaq (Muradova) 1980-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. 1985-1996-cı illərdə Yasamal rayonundakı 31 saylı məktəbdə orta təhsilini alıb. 1998-2003-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavrı, 2003-2005-ci illərdə magistri olub.

2008-ci ildən həmin fakültənin aspirantıdır. 2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb. 2006-2009-cu illər İctimai Televiziyada redaktor və "Azərbaycanlılar" verilişinin aparıcısı kimi fəaliyyət göstərib.

2009-2011-ci illərdə ANS TV-nin ən reytinqli verilişlərindən biri olan "Ölümdən 24 saat əvvəl" verlişinin layihə rəhbəri, müəllifi və aparıcısı olub. 

2012-ci ildən fəaliyyətini Azad Azərbaycan Teleradio Şirkətində Azərbaycan və dünyanın mədəni həyatında iz salan korifeylərin həyatından bəhs edən "Sönməyən ulduzlar" layihəsinin layihə rəhbəri, müəllifi və aparıcısı olub. Eyni zamanda press24.az saytının təsisçilərindəndir.

2014-cü ildə "Düz üzünə İradə İsaqla" , 2015-ci ildə isə "Səbəbkar" adlı verilişin aparıcısı, layihə rəhbəri və müəllifi olub. Qafqaz Media Araşdırmalar İnstitutu tərəfindən "Peşəkar jurnalist" titulu verilib.

14 mart 2016-cı il tarixindən ANS TV-də "Deməsək, olmaz" verilişinin aparıcısıdır.

Yunis adlı bir oğlu var.

ŞƏRHLƏR

Ad Soyad
e-Poçt
  • Rövşən mehti (14 04 2016 14:46):

    34yasim var. Evim yoxdu ailəli 1 uşaqın var.bu mənzillərə növbəyə neçə durmaq olar