Şəbnəm Xeyrulla

Xeyrullayeva Şəbnəm Ceyhun qızı 1987-ci il noyabrın 4-ü Bakının Sabunçu rayonunda anadan olmuşdur.1994-2005-ci illərdə Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir adına orta məktəbdə təhsil almışdır. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakultəsinin bakalavr, 2009-2011-ci illərdə isə həmin fakultənin magistr pilləsində təhsil almışdır.
ANS Telekanalında çalışmağa başlamazdan öncə,digər telekanallarda fərqli vəzifələrdə çalışmışdır.
2012-ci ildən ANS TV-nin "Alın Yazısı" verilişinin müəllifi və aparıcısıdır. 2013-cü ildən isə "Keçmişə Salam" verilişində də aparıcı kimi çalışmışdır.

ŞƏRHLƏR

Ad Soyad
e-Poçt
  • Samir (05 11 2014 23:35):

    Super aparıcı

  • Ceyhun Babayev (04 02 2015 09:39):

    ANS kollektivinə salamlar! "Keçmişə salam" verilişini çox bəyənirəm. Sovetlər Birliyinin son 10 ilini yaşamaq mənə nəsib olduğu üçün o illərlə bağlı süjetlər mənə nostalji hisslər yaşadır. Verilişin davamlı olmasını çox arzu edirəm. Çünki bu tipli veriliş teleməkanımızda yoxdur. ANS-ə eşq olsun. Hamınıza uğurlar!

  • Ceyhun Babayev (08 02 2015 08:51):

    ANS-ə salamlar! "Alın yazısı" verilişinin şəhid Mübariz İbrahimova həsr olunmuş buraxılışı çox təsirli idi. Şəhidin yazdığı son məktubundakı cümlələri həyəcansız oxumaq mümkün deyil. İnsanda ürəyə bax sən. O özündən sonra elə bir qəhrəmanlıq məktəbi qoyub gedib ki, bu məktəbi ayaqda saxlamaq üçün müasir gənclikdə ürək lazım, təpər lazım. ANS Müstəqil Yayım və Media Şirkətinə minnətdarlığımızı bildiririk ki, Mübariz İbrahimovu 2010-cu ilin adamı elan edib. Məkanı cənnət olsun! Onun bizim üzərimizdə haqqı çox böyükdür. Biz ona deyil, o bizə haqqını halal etsin.