Kənan Hakimov

Hakimov Kənan Eldar oğlu 1988-ci ilin iyun ayında Bakı şəhərində anadan olub. Nəsimi rayonu 4-cü mikrarayon ərazisndə yerləşən Texniki-Humanitar litseyində təhsil alıb. Məktəbi bitirdikdən sonra, Azərbaycan Dillər Universitetinin ingilis dili və ədəbiyyatı fakultəsinə qəbul olub. Bakıda keçirilən qılıncoynatma və boks üzrə yeniyetmələrin dünya çempionatlarında tərcüməçi kimi çalışıb.

2011-ci ildə ANS şirkətlər qrupunun Amerika səfirliyi ilə birgə təşkil etdiyi jurnalistika kurslarını bitirib. 2011-ci ilin iyulundan ANS TV-nin idman departamentində çalışır. İşini çox sevdiyini və idmanın şahı olan futbolla nəfəs aldığını deyir.

Hal-hazırda "Passport" verilişinin aparıcıdır.

ŞƏRHLƏR

Ad Soyad
e-Poçt