Həmid Herisçi

Həmid Herisçi 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış iri həcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə "Space" telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə ANS telekanalında "Gizli Azərbaycan" və 2014-cü ildə isə "Şəxsiyyət vəsiqəsi" verilişinin aparıcısı olub.

Həmid Herisçi hal-hazırda "Sirlər xəzinəsi" verilişinin aparıcı müəllifidir.

ŞƏRHLƏR

Ad Soyad
e-Poçt
  • emin aqayev (19 01 2015 16:44):

    Fikir verirəm bütün aparıcılara şərh yazırsız. Ay mənim millətimin Elgizə də tərifnamə oxumaq iqtidarında olan nümayəndələri...Qınamıram bizim Həmid Herisçi kimi savadlı, dərin dünya görüşünə malik adamlara şərh yazmağımıza savadımız və səviyyəmiz çatmır.Mən də yaza bilmirəm Sizin kimi...Axı mən də sizlərdən biriyəm.Sadəcə təşəkkür edirəm Sizə hörmətli Herisçi.Yaxşı ki sizin kimilər vardır.

  • vüsal şabizadə (21 03 2015 21:10):

    Həmid Herisçi böyük dünyagörüşlü bir insandır.Bunun savadı Azərbaycan filologiyası vermişdir.Çox istiyirəm ki,"Şəxsiyyət vəsiqəsi"verilişində iştirak edim.

  • Venera Əsgərova (03 04 2015 04:00):

    Hörmətli Həmid Herisçi, Sizin aparıcısı olduğunuz "Şəxsiyyət vəsiqəsi" verilişi bizim ailəmızın sevimli verilişidir . Nəhayət ki, mənəvi zənginliyi ilə dolğun bir veriliş yaranıb.Sizə şəxsi və yaradıcı həyatınızda uğurlar arzulayırıq.