Ağabəyovlar

Ağabəyovlar - 21 sentyabr 2012-ci ildə ANS televiziyasının efirində yeni - "Ağabəyovlar" serialının nümayişi başlamışdır. ANS Müstəqil Yayım və Media şirkətinin "Bakı Film" kinostudiyası tərəfindən istehsal edilmiş "Ağabəyovlar" bədii serialının ssenari müəllifləri Vahid Mustafayev və Kamran Qasımov, quruluşcu rejissoru Vahid Mustafayevdir.

"Ağabəyovlar" serialının rejissor assistentləri Yeganə Əbdülməmmədova, Cahangir İmani, baş operator Saman Əhədi, montaj Elşad Rəhimov, səs rejissoru Məcid Əliislam, baş prodüseri Mirşahin Ağayev, prodüseri Eyyub Danışvərdir.

Serialın təqdimatında tədbirin xüsusi qonağı Amerika televiziya seriallarının ulduzu, məşhur "Santa-Barbara" serialından tanıdığımız Meyson rolunun ifaçısı aktyor Leyn Hant Deyvis də iştirak etmişdir. Azərbaycanda serialın təqdimatı bir ilk olduğu kimi, dünya səviyyəli aktyorun dəvət olunması da ilk idi.

Rejissor:  Vahid Mustafayev

Ssenari Müəllifləri: Kamran Qasımov, Vahid Naxış

Operator:  Saman Ahmadi

Baş prodüser:  Mir Şahin Ağayev

Rollarda:   Telman Əliyev (İldırım Ağabəyov) , Azər Aydəmirov(Kamran Ağabəyov), Mina Sovetski(Ləman), İlqar Musayev(Hikmət), Yasəmən Malik(Dilbər)


Buraxılışlar

ŞƏRHLƏR

Ad Soyad
e-Poçt
  • sebuhi esedli (05 03 2014 09:12):

    niye gore 61 ci seriyadan sonra agabeyovlar bedii seriyasinin davam seriyalarini yaymlamisiniz. xais edirem menim elektron poctuma sebebini gonderesiniz.

  • (14 06 2015 21:18):

    elaaaaaaaa serialdi cox sevirem