Alın yazısı 28.06.2015

Alın yazısı 28.06.2015 Baxış sayı: 4454 dəfə

"Alın yazısı" verilişi geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulub. Verilişdə faciəli, keşməkeşli, eyni zamanda maraqlı həyat yolu olan məşhurların yaşantıları işıqlandırılır. Bu məşhurlara elm, mədəniyyət, siyasət, ədəbiyyat xadimləri aiddir. Öz tutduqları mövqeyə görə tanınmış, lakin həyatı geniş auditoriya üçün əsasən gizli qalan məşhurların faciələrinə nəzər yetirməkdə bir neçə məqsəd var: tamaşaçıların maraqlı informasiya vermək, onlar üçün örnək ola biləcək yaşam nümunələri göstərmək, nikbin gələcəyə kökləməkdir. Verilişin məqsədi təkcə insanın alın yazısı qarşısında aciz qalmasını göstərmək yox, başına gələnləri qəbul etməyi, lazım gələrsə, bu yazı ilə mübarizə aparmağı aşılamaqdır. Bir çox hallarda verilişin qəhrəmanı olan məşhur düşdüyü vəziyyətə aparan səhvlərini etiraf edir ki, bu da mənəvi tərbiyə xarakteri daşıyır. "Alın Yazısı" verilişi həftənin çərşənbə axşamları saat 20:00-da yayımlanır.

 

"Alın yazısı" verilişinin rəsmi facebook səhifəsi

ŞƏRHLƏR

Ad Soyad
e-Poçt