1-5 günlər | AĞABƏYOVLAR

1-5 günlər | AĞABƏYOVLAR Baxış sayı: 853 dəfə
Hadisələr Ağabəyovlar adlı varlı və kifayət qədər nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. İldırımın həyat yoldaşı Gövhər bir neçə ilə bundan əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Birinci nigahından olan böyük oğlu Kamran vəkildir, qızı Gülarə bizneslə məşğul olur, kiçik qızı Ləman bir vaxtlar şoubiznesdə özünü sınayıb, sonra atasının təkidi ilə müğənnilikdən uzaqlaşıb. Evin sonbeşiyi Pərviz isə universitetdə oxuyur. Dramın digər məşhur ailələrindən biri zadəgan əsilli Atakişiyevlərdir. Ailənin başçısı İlyas İldırımın köhnə qonşusu və düşmənidir. Lakin, buna baxmayaraq, İlyasın övladları Samir və Samirə İldırımın uşaqlarına qarşı kin bəsləmir, əksinə Pərvizlə Samirənin arasında hələ məktəb illərindən bir sevgi dolaşmaqdadır. Rej. Vahid Mustafayev, Ssenari müəllifləri Kamran Qasımov, Vahid Naxış, operator Saman Ahmadi, baş prodüser Mir Şahin Ağayev. Rollarda: Telman Əliyev, Azər Aydəmir, Mina Sovetski, İlqar Musayev, Yasəmən Malik, Rövşən Məmmədli və başqaları

ŞƏRHLƏR

Ad Soyad
e-Poçt