Kinoteatr

Mədəniyyət Evi üç hissədən ibarətdir. Burada 80 nəfərlik kino zalı, uşaq teatrı, eyni zamanda muzey fəaliyyət göstərəcək. Kinoteatrda həm Azərbaycan, həm də əcnəbi filmlərin nümayişi planlaşdırılıb. Burada tamaşaçıların rahatlığını, keyfiyyətli nümayişi və yüksək effekti təmin etmək üçün son texnologiyalara uyğun avadanlıqlar quraşdırılıb və ən əsası Azərbaycanda ilk dəfə olaraq dolbi sisteminin ən son və müasir imkanlarından istifadə olunub. Uşaq teatrında isə azyaşlılara Azərbaycan və dünya xalqlarının nağıllarının əsasında hazırlanmış tamaşalar və balacaların marağına səbəb olacaq digər səhnəciklər göstəriləcək. Muzeydə isə Çingiz Mustafayevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər yer alacaq və buraya gələn hər kəs onun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək.
Xatırladaq ki, hazırda "Çingiz klubu"nun yerləşdiyi və Şəkinin qədim tikililərindən olan bina ötən əsrin əvvəllərində inşa olunub, 1948-ci ildən etibarən isə "Azərbaycan" kinoteatrı adı altında fəaliyyət göstərib. Və nəhayət bir il bundan öncə Çingiz Mustafayev adına Fond və "VMF" şirkəti artıq uzun illər istifadəsiz qalan və tamamilə yararsız hala düşmüş bu binanı yenidən tikməyə və onun fəaliyyətini bərpa etməyə qərar verdi. Budur "Çingiz klubu" artıq şəkililərin ixtiyarındadır.
 
Kinoteatrda nümayiş ediləcək filmlərin siyahısı:
 
 8 yanvar- 15 yanvar 2012-ci il tarixi arasında:
 
1. Naməlum
2. Prada və hisslər
 
16 yanvar – 22 yanvar 2012-ci il tarixi arasında:
 
1. Ölümün elçisi
2. Ehtirasın qiyməti
 
 22 yanvar - 29 yanvar  2012-ci il tarixi arasında:
 
1.Yatmış gözəl
2. Börk və Eyr
3. Mulan (Cizgi filmi)     
30 yanvar – 5 fevral 2012-ci il tarixi arasında:
 
1. Paranormal hadisələr 2
2. Ceyn Eyr
3. Muhəmməd (Cizgi filmi)           
6 fevral - 12 fevral 2012-ci il tarixi arasında:
 
1. Güzəştsiz
2. Ən yaxşısı
3. Şrek yekdir 4
 13 fevral – 19 fevral   2012-ci il tarixi arasında:
 
1. Ən yaxın dostun toyu
2. Təbiətin  gücü
3. Gecə qoruqçularının əfsanəsi (Cizgi filmi)  
20 fevral-26 fevral  2012-ci il  tarixi arasında:
 
1. Qışqırıq 4
2. Dəmir cəngavər
3. Sualtı qaya
 




Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

firengiz
Şərh sayı: 26
Comment
seki
Cavab #8 on : Mon May 30, 2011, 13:33:46
seki cok gozeldir
sadiq
Şərh sayı: 26
Comment
i.ver'nik
Cavab #7 on : Thu August 26, 2010, 05:34:46
evl'nm'k
ASI
Şərh sayı: 26
Comment
Re: Kinoteatr
Cavab #6 on : Wed August 25, 2010, 06:18:10
BU KINO KULUBA GETMIWEM.COX GOZELDI
baklili
Şərh sayı: 26
Comment
Re: Kinoteatr
Cavab #5 on : Tue May 11, 2010, 05:37:13
bu çox savab işdir.
ayxan
Şərh sayı: 26
Comment
tessekur
Cavab #4 on : Thu April 15, 2010, 04:40:29
sekini gozellesdirdiyinize cox sag olun
Mehemmed
Şərh sayı: 26
Comment
serh
Cavab #3 on : Mon April 12, 2010, 04:37:13
gun o gun olsun bu bazarda butun haminin reqabeti olsun Ilahi Amin.
aziz
Şərh sayı: 26
Comment
bunlari teskil edenlere tesekur edirem
Cavab #2 on : Sat March 27, 2010, 14:26:14
isterdim bu klubdan bakidada olsun.mande cox beyendim
emine
Şərh sayı: 26
Comment
5964437
Cavab #1 on : Thu February 04, 2010, 12:56:12
cox beyendim
AddThis Social Bookmark Button