|

|
|
|
Salam Azərbaycan
|
|
«Salam, Azərbaycan!» informasiya verilişi səhər yeni günə
başlayan tamaşaçıya müxtəlif sahələrə dair ən son məlumatları çatdırır. Veriliş
orta məktəb məzunlarından başlamış, tələbələr və daha yaşlı əhali qrupu üçün nəzərdə
tutulub. Proqramda təqdim olunan süjet və rubrikalardakı mövzular
yetkin yaşda insanların maraq və problemlərini əks etdirir. Verilişi «Salam, Azərbaycan!» proqramının yaradıcı heyyəti istehsal edir. «Salam, Azərbaycan!» həftə içi hər gün saat
07.00-da efirdə işinə başlayır və 3 saat davam edir. Veriliş bir-birinin ardınca efirə verilən siyasi, iqtisadi, idman
buraxılışları, «afişa», «əkspress», «yerli», «əyləncəli» xəbər rubrikaları, bobsley
və hava proqnozundan ibarətdir. Proqramda hər saatın əvvəlində əvvəlcə tamaşaçıya siyasi xəbərlər
təqdim edilir. Hər saatın yarısında iqtisadi xəbərlər yayımlanır. Bobsley baş xəbərlərin
anonsudur. «Əkspress» qəzet və jurnalların
qısa xülasəsidir. «Yerli» xəbər rubrikası adına uyğun, yerli sosial problemləri
əhatə edir. «Afişa» rubrikasında mədəniyyət xəbərlərinə dair hazırlanmış materiallar
yer alıb.
|
|
|