ANSTV.ws - Rəsmi veb-sayt | Haqqında
ANS TV

İnformasiya | Radio | Karyera |

 İndi yayımda -

ANS TV

 

  

 
Ağıl dəryası [29.01.2012]

Klip  00:47

 
 
Astar [16.01.2012]

Klip  00:48

 
 
De gəlsin [16.01.2012]

Klip  00:58

 
 
Bazar səhəri [15.01.2011]

Klip  01:04

 
 
Kök altı [15.01.2012]

Klip  00:55

 

 

Haqqında


Kiçik hindlilər


Onlar hələ uşaqdırlar, lakin istedaları ilə böyüklərdən geri qalmırlar. Karina Ferrari (10 yaş), Laura Barretu (7 yaş), Nayana Koşta (9 yaş) və Kadu Paşkual (12 yaş) Anuşu, Lalit, Maliku, Hari rollarını ifa edərək tamaşaçıları rəqsləri və aktyorluq məharətiləri ilə heyran ediblər. Gəlin, bu gənc istedadlarla söhbət edək və onlarla yaxından tanış olaq.
Beləliklə:
Nayana Koşta
-Necə oldu ki, telenovellaya dəvət aldın?
- Əvvəlcə rəqs, sonra isə aktyorluq sınaqlarından keçdim.  Öncə elə bildim ki, sınaqdan keçməmişəm, çünki sınaq zamanı mətnin bir hissəsini unutduğumdan ara verib bildiyim hissəyə keçdim, deyəsən, heç kim bunu başa düşmədi. Mənə iki həftədən sonra zəng vurub dedilər ki, sınağı keçmişəm və digər sınaqda iştirak etməyimi təklif etdilər. Birinci sınaq Anuşu, ikincisi isə Maliku rolu üçün idi.

- Bu rola qədər televiziyada işləmişdinmi?
- Bəli, Şuşa ilə.Mən onunla 4 il işləmişəm-“Şuşa yalnız 6 yaşlı uşaqlar üçün” proqramından “Şuşa yalnız 9 yaşlı uşaqlar üçün” proqramına  qədər, bundan başqa reklamlarda və onun digər proqramlarında da iştirak etmişəm.
- Sənin personajını oynamaq necə idi?
- Menim üçün çox yaxşı idi, bu rol mənim üçün sürpriz oldu. Mən iki-üç replika ilə başlamışdım, amma sonra sözlərim çoxaldı, bundan başqa ətrafda hamı, bütün aktyorlar, mənə yaxşı münasibət bəsləyirlər.

Laura Barretu

-Necə oldu ki, telenovellaya dəvət aldın?
-Sınaq keçirilən gün mən hər şeyi pis etmişdim və elə bilirdim ki, məni götürməyəcəklər. Mən Anuşu roluna görə sınaqdan keçirdim, Sandra Rejina mənim görüntülərimi yazmışdı və senaristə- Qloriya Perezə göstərdi. O, Anuşu roluna qız seçsə də, mən onun çox xoşuna gəlmişdim, ona görə də Qloriya Perez Anuşunun ən yaxın rəfiqəsi olan Lalit adlı qızı fikirləşib novellaya əlavə etdi.
-    Bu rola qədər televiziyada işləmişdinmi?
-    Reklamlarda, filmdə və Şuşanın proqramlarında iştirak etmişəm.
- Sənin personajını oynamaq necə idi?
- Hər şey əla idi. Lalit mənə çox şeyi öyrətdi. Əslində mən Opaşın evində olan bütün personajlarldan nəsə öyrənirəm. Laura Kardozu mənim üçün nadir nümunədir, o, qeyri-adidir, Lima Duarte də həmçinin.  Bu iki nəfər çox yaşıdırlar.

Kadu Paşkual


-    Necə oldu ki, telenovellaya dəvət aldın?
-    Öz rezümemi göndərdim və məni sınaqlara dəvət etdilər. İki sınaqdan sonra məni bu rola təstiq etdilər.
-    Bu rola qədər televiziyada işləmişdinmi?
-    Bəli, mən Renatu Aqraunun filminin kollektivində idim, bundan başqa teatrda oynayıram. Mənim adım “Yaşamaq sevinci “ tamaşasının afişasında var, həm də “Pedru xülyalar dünyasında” tamaşasında dublyoram.Bu sənətdə mən artıq 5 ildir varam.
- Sənin personajını oynamaq necə idi?
- Mənim üçün çox əla və əyləncəli idi. Mənim üçün novellaların necə çəkildiyini içdən bilmək çox maraqlı idi və mənə belə bir, teatrdan çox fərqlənən, dünyanın içində olmaq fürsəti  düşdüyünə gorə çox  sevinirəm. Bu mənim üçün bir məktəbdir.

Karina Ferrari


-    Necə oldu ki, telenovellaya dəvət aldın?
-    Qloriya Perezin xoreoqrafı  Sandra Rejinaya rəqs akademiyasındakı sınaqlarım xoşuna gəlmişdi. O, məni bəyəndi və görüntülərimi Qloriya Perezə göstərdi , o da razı olub rola təstiq etdi.
-    Bu rola qədər televiziyada işləmişdinmi?
-    Bu mənim ilk rolumdu, lakin Şuşanın DVD-sində artıq iştirak etmişdim.
Sənin personajını oynamaq necə idi?
-    Əla. Anuşa mənə yeni bir dünya açdı.

 

Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

HUSYNLI UMMANE
Şərh sayı: 14
Comment
XAHISH
Cavab #5 on : Mon July 12, 2010, 14:45:57
SALAM ANSde seriallar bolumune nezaret edenlerden xahish edirem ki,choxlu sayda rus ,braziliya seriallarini verirsiniz bes turk seriallarini niye vermirsiniz?men isterdim ki,turklerde gozel seriallar var,onlardan Kurtlar Vadisi,Aryriliq 2009da chekilen felestine aid,sonra Ashk ve Ceza v.s.seriallari dublyaj edib veresiniz.Xahish edirik nezere alasiniz.Chox sagolun
GNOME
Şərh sayı: 14
Comment
Qeweng)))
Cavab #4 on : Tue July 06, 2010, 18:50:27
Kino maraqlidi,her seriyasina da baxiriq.Kas ki,bezi aktyorlar klon serialini seslendirenler olardi..Meseln iveti Aygul Qaradagli seslendirerdi..Bir de bir iradim var,kinoda yashli aktyoru cavan seslnedirir.Cox sag ol Ans...
azad947
Şərh sayı: 14
Comment
Re: Haqqında
Cavab #3 on : Thu June 17, 2010, 17:42:13
serial eladi
Murad
Şərh sayı: 14
Comment
sevgi
Cavab #2 on : Fri June 11, 2010, 07:18:44
men onu sevirem
shebnem83
Şərh sayı: 14
Comment
sevgi
Cavab #1 on : Sat May 22, 2010, 16:45:59
bu serial menim xoshuma gelir
Last Edit: May 25, 2010, 12:15:04 by gyunduz  

 

 

www.chingizclub.com   www.bakifilm.com