| Juliana Paes - Mayya
ANS TV

İnformasiya | Radio | Karyera |

 İndi yayımda -

ANS TV

 

  

 
Hindistan Sevgi Əhvalatı [ANONS]

Klip  00:50

 
 
Hindistan Sevgi Əhvalatı [18.08.2010]

Klip  01:03

 
 
Hindistan Sevgi Əhvalatı [17.08.2010]

Klip  01:20

 
 
Hindistan Sevgi Əhvalatı [16.08.2010]

Klip  00:53

 
 
Hindistan Sevgi Əhvalatı [13.08.2010]

Klip  01:06

 

 

Juliana Paes - Mayya

Juliana Paes 1979-cu ildə martın 26-da Rio-de-Janeyronun nüfuzlu rayonlarının bir i olan Nitroyda İkaray çımərliyinin yaxınlığında yaşayan hindu-ispan mənşəli, olduqca varlı bir ailədə anadan olub. Julianadan başqa ailədə daha üç uşaq- iki bacı və bir qardaş var idi.  Juliana ailənin ilk övladıdır. Paeslərin qarajında 3 avtomobil var idi ki, onlara ailənin şəxsi sürücüsü qulluq edirdi. Ailənin maliyyə çətinlikləri 1999-cu ildə atası Karlos Enrike Paesin şəxsi biznesi olan mühafizə müəssisəsi süquta uğrayan zaman başlayır. Ailə  kasıb rayonda yerləşən kiçik mənzilə köçür. Atası o günləri xatırlayaraq  deyirdi: “ Juliana hər gün Rionun mərkəzində yerləşən kolecə avtobusla getmək məcburiyyətində  idi. Yol bir saatdan artıq vaxt alırdı, həm də avtobus həmişə ağzına qədər adamla dolu olurdu, lakin bütün bunlara baxmayaraq Juliana heç vaxt şıkayət etmirdi. Juliananın televiziya karyerasından ilk iki il əldə etdiyi gəlir onun peklam və marketinq üzrə Ali məktəbdəki təhsilinin ödənilməsinə sərf olundu. O bizim həyat tərzimizin kəskin tənəzzülünü bir sual belə vermədən yaşadı. Əksinə o həmişə şən və enerjili idi.”
İnanmaq çox çətin olsa da, 18 yaşlı Juliananın bədən çəkisi indikindən 12 kq ağır idi və onun belinin ölçüsü 100 sm-dən çox idi. Bu da Juliananın dondurmaya olan böyük sevgisindən irəli gəlirdi. Lakin bir gün güzgüyə baxaraq başa düşdü ki, özünü ələ almaq vaxtıdır və yarım il ərzində artıq çəkisinin öhtəsindən gəldi. Bu da onu həmişə arzusunda olduğu aktrisa peşəsinə  yaxınlaşdırdı. İlk əvvəl Juliana rəfiqəsi Mariya Tuareşın valideyinlərinin model agentliyində model oldu. İndi o, özünü həmişə formada saxlamağa çalışır, o ideal hesab etdiyi Madonna kimi bədənə sahib olmaq istəyir. Ona görə də hər gün idman zalında məşğul olur və yeməyini məhdudlaşdırır.
Çəkilişlərdən başqa Juliana sambo məktəbinin də himayəçisidir.

 

Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

 

 

www.chingizclub.com   www.bakifilm.com