| Osmar Pradu - Manu
ANS TV

İnformasiya | Radio | Karyera |

 İndi yayımda -

ANS TV

 

  

 
Hindistan Sevgi Əhvalatı [ANONS]

Klip  00:50

 
 
Hindistan Sevgi Əhvalatı [18.08.2010]

Klip  01:03

 
 
Hindistan Sevgi Əhvalatı [17.08.2010]

Klip  01:20

 
 
Hindistan Sevgi Əhvalatı [16.08.2010]

Klip  00:53

 
 
Hindistan Sevgi Əhvalatı [13.08.2010]

Klip  01:06

 

 

Osmar Pradu - Manu

Osmar Pradu.
Osmar du Amaral Barbosa 18 avqust 1947-ci ildə Braziliyanın San-Paulu şəhərində doğulub. Hələ məktəbdə oxuyarkən teatrla maraqlanardı və aktyor olmaq arzusunda idi. Tale onun arzusunu həyata keçirir. 1961-ci ildə 14 yaşında olarkən o, Osmar Pradu təxəllüsü ilə həyatında ilk serial  olan “Mateuş Falkoni”-nin çəkilişlərinə yollanır. Çənc aktyorun işini qeyd edib qiymətləndirirlər. “Mateuş Falkoni” serialının çəkilişləri hələ bitməmiş rejisor Libero Migel  Osmara yeni “Ferleakın vərsəsi” telenovellasında rol təklif edir. Aktyor karyerasının belə uğurlu başlandığı anından Osmar,  heç vaxt yaxşı rol qıtlığı çəkməyib. Həyatının 40 ildən artığını kinoya və teatra sərf edən Osmar Pradu 56 yaşında Braziliyanın ən istedadlı və tanınmış aktyorlarından sayılır. Ötən illər ərzində o, 45 serial və mini-serialda və 5 filmdə çəkilib. Bir il- bir hətta iki  serial üstə gəl  kino və teatrda iş- Osmar belə iş qrafikini ağır və yorucu saymır.
”Mən öz işimi sevirəm. Ola bilər ki, kiməsə belə həyat tərzi çox çətin gələ bilər. Müntəzəm çəkilişlər, təqdimatlar, məşqlər, bütün bunlara mən çoxdan alışmışam və bunsuz yaşaya bilmirəm.” İşdən asudə vaxtlarıni aktyor ailəsi - həyat yoldaşı Vaniya və 10 yaşlı qızı Luana ilə birgə  keçirməyi sevir. 40 yaşlı Vaniya Penteado Osmarın 2-ci həyat yoldaşıdır. Onun Elizabet Barbosa ilə olan ilk nigahı 14 il sürsə də aktyora  nə xoşbəxtlik nə də rahatlıq gətırə bildi.
“Bizim münasibətlərimiz lap başlanğıcdan böyük səhv idi. Biz bir-birimizi heç vaxt başa düşmürdük.”
Keçmiş həyat yoldaşı ilə ayrılmaqlarına baxmayaraq Osmar ilk nigahından olan qızları 25 yaşlı Janayna və 21 yaşlı Taina ilə mütəmadi olaraq görüşür, onlar tez-tez atalarını görməyə gəlirlər. Osmar Pradunun Rionun mərkəzində yerləşən Santa-Terezanın ən mənzərəli guşəsindəki  dörd mərtəbəli evinin qarajında 2 motosikl var: Honda və   BMW. 
Osmar deyir: “Mənim üçün bu yalnız hərəkət vasitəsi deyil, bu bir hobbidir. İki əsl motosikldən başqa mənim böyük mimiatyur motosikl kolleksiyam var.” Onun daha bir hobbisi var-   ağacayaq.  10 il o ağacayaqda gəzməyi öyrənib və indi də bu işin öhtəsindən mükəmməl gəldiyi üçün qürur duyur.

 

Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

 

 

www.chingizclub.com   www.bakifilm.com