ANSTV.ws - Rəsmi veb-sayt | Əsas səhifə
ANS TV

İnformasiya | Radio | Karyera |

 İndi yayımda -

ANS TV Şoular

 

  

 
Əhatə dairəsi [02.12.2010]

Klip  00:51

 
 
Əhatə dairəsi [28.11.2010]

Klip  00:28

 
 
Əhatə dairəsi [31.10.2010]

Klip  01:20

 

 

Əhatə dairəsi

Əhatə dairəsi verilişi bir növ hesabat verilişinin davamı olaraq xüsusi tədqiqat mövzusuna geniş yer verildiyi daha bir ANS TV məhsuludur. Bu veriişdə eyni zamanda xüsusi marağa səbəb olan, cəmiyyətdə müvafiq çəkiyə malik şəxslərin geniş müsahibələri ANS TV əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı hazırladğı filimlər nümayiş olunur. Verilişdə xarici ölkələrin rəsmi nümayəndələrinin də və açıqlamalarına yer verilir

 

Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

Qulu Quliyev
Şərh sayı: 1
Comment
Ailə məktəbi
Cavab #1 on : Sun January 09, 2011, 17:12:23
Mən Quliyev Qulu Muxtar oğlu 1979-cu ildə Ermənistan. Mehri rayon, Səməd Vurğun adına Əlidərə kənd orta məktəbini bitirib, 1984-cü ildə Bakıda Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsilimi (riyaziyyat-fizika) başa vurub, tələbnamə ilə Ordubad rayon Düylün kənd orta məktəbinə riyaziyyat-fizika müəllimi təyin olundum.
Mən Nax. Muxtar Respublikası, Ordubad rayon Düylün kənd orta məktəbində yəni, Zülfüqar Həsənov Teymur oğlunun ailə məktəbində riyaziyyat-fizika müəllimi işləyirəm. Muxtar Respublikamızda quruculuq işlərinin vüsət aldığı bir dövrdə Zülfüqar Həsənov ancaq öz maddi quruculuq işləri ilə məşğuldur. Yəqin ki o, bu işin mənasını səhv başa düşüb.
İki ildir ki, hörrmətli Prezidentimiz İlham Əliyev cənablarının göstərişi və Nax.MR Ali Məclisinin sədri qayğıkeş Vasif Talıbov cənablarının rəhbərliyi ilə tikilmiş Düylün kənd orta məktəbi kənd sakinlərinin istifadəsindədir. Onun dediyi kimi belə yaraşıqlı və işıqlı məktəbdə müəllimlərimizin öhdəsinə tədrisin vəziyyətini yüksəltmək, şagirdlərimizin öhdəsinə isə daha yaxşı oxumaq düşər. 2008-ci ilin dekabrında məktəbin açılışı zamanı mənə informatika müəllimi kimi işə başlamağım tövsiyə olundu. Lakin bu iş cəmi bir il çəkdi. İnformatika müəllimi kimi işlədiyim bir il müddətində (Dekabr 2008-Yanvar 2009) məktəbimizin sənədləşmə işlərində ( Məktəb direktoru,
D.H.müdiri, Təşkilatçı, UBT rəhbəri, Məktəb kitabxanası, Hərbi rəhbər, Dərnək və maraq işləri, Psixoloq, Test tapşırıqları, Sinif rəhbərləri,Tədbirlər, Diplom və Tərifnamələr, Ordubad rayonunda 20-yə yaxın kənd kitabxanası və s.) mənim köməyim əvəzedilməzdir. Bununla yanaşı kompüter sinfinin iş planına uyğun olaraq gördüyüm işlər şagirdlərin böyük marağına çeviridi. Gördüyüm işlərin qısa məzmunu 2008-2009 – cu tədris ilinin hesabatında qeyd olunaraq, Ordubad rayon Təhsil şöbəsinə göndərildi. Lakin, mənim əməyim məktəb direktorluğu tərəfindən qiymətləndirilmədi. Bu iş Zülfüqar Həsənovun maddi quruculuq işlərinə pis təsir göstərdiyi üçün 2008-2009 – cu tədris ilinin 2- ci yarısının başlanması ərəfəsində O, 2007-ci ildə orta məktəbi bitirmiş, bacısının qaynı qızı Nəcəfova Nərmin Faiq qızını məktəbdə İnformatika müəllimi kimi işə qəbul etdi. Beləliklə məktəbdə informatika dərsləri lazımi səviyyədə keçirilmədi və kompüter sinfi istifadəsiz qaldı. Elektronlaşan Azərbaycanımızın elektron məktəbində orta təhsillinin İnformatika fənnini necə tədris etməsi hamıya məlumdur. Kompüterdən istifadə etməyi bacarmayan Zülfüqar Həsənov görəsən İNTERNET səhifələrindən bu məqaləni oxuya biləcəkmi? Deməli, Zülfüqar Həsənov üçün tədris deyil, özünün maddi quruculuq işi daha maraqlıdır.
İbtidai siniflərin dərs saatlarının parçalanmadığı halda, səhər idmanı təlimini yerinə yetirməyən, şahmat anlayışı olmayan bacısı, Fiziki tərbiyə müəllimi Gülxar Həsənova 1-11-ci siniflər üzrə Fiziki tərbiyə saatlarını tədris edir və şahmat dərnəyinə rəhbərlik edir. Məktəbdə başqasının adına yazılan direktorun katibəlik işini UBT rəhbəri və 12 saat dərsi olan Ordubad rayon tar musiqi məktəbini oxumuş həyat yoldaşı İ. Mükayılova yerinə yetirir. Məktəbdə adı özgənin, dadı-duzu Zülfüqar həsənova aid olan işlər də var. Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini pensiya alan bacısı Həsənova Elmiranın adına yazılmaqla, Zülfüqar Həsənovun özü aparır. Bacısı yoldaşı Nəcəfov Sərdarın adına olan məktəb gözətçisi Zülfüqar Həsənovun özüdür. Bir parça çörəyə həsrətlə baxan insanlar olduğu halda, Zülfüqar Həsənov məktəbdə müəllimliklə bərabər üç vəzifəni yerinə yetirir. Yəqin ki, qış mövsümü ilə bağlı məktəbin istilik sistemləri işinə də özü baxar. Dayısı qızı, bacısı qızı, dayısı oğlunun da məktəbdə müəllim işləməyi Zülfüqar Həsənovun maddi quruculuq işləriniə heç bir mənfi təsir göstərmir.
Ötən illərdə müəllimin əmək haqqından 20 manat saxlayan Zülfüqar Həsənov avtomobil qəzasından sonra bu işləri daha da möhkəmləndirmək üçün 8 kabinə, 12 saat dərnək və 25 saat maraq kursunu bir neçə müəllimin, əsasən Əliyev Məhərrəm, Məmmədov Firudin, Bədəlov İntiqamın adına yazmaqla əmək haqqı cədvəlindən öz payını götürür. Zülfüqar Həsənov həm də Nax.MR Ali məclisi üçün 7-23 saylı seçki məntəqəsinin sədridir. Azərbaycan Respublikası Ali məclisi üçün isə 43-8 saylı seçki məntəqəsinin sədri dayısı oğlu, üzvləri isə həyat yoldaşı, bacısı, bacısı qızı və dayısı qızıdır.
Mən Zülfüqar Həsənovun Ailə məktəbində müəllim işlədiyim üçün övladımın Bakı şəhərində Universitetdə 4 il təhsil alması mənim üçün bir əsrə bərabə oldu və 8 il müddətində işləyib hazırladığım Abituriyentlər üçün “Fizika gözəllik və həqiqətdir” adlı kitabımı maddiimkansızlıqdan hələ də çap etmək mümkün olmayıb.
Beləliklə, öz gözündə tiri görməyib, Qulunun gözündə çöp axtaran, heç kimin sözünə əhəmiyyət verməyən, 10 il özünün ailə məktəbində direktor işləyən, maddi qurucul işlərininin lideri Zülfüqar Həsənov Düylün məktəbi kimi VİLLA evi olduğu halda Bakı şəhərində “VİLLA” ev axtarır.

 

 

www.chingizclub.com   www.bakifilm.com