Əsas səhifə
“TOY OLSUN” ANS TV-nin, həmçinin televiziya məkanın ən yeni layihələrindən biridir. Öz qismətlərini tapa bilməyənlər, amma ümidlərini hələ də itirməyənlər Azərbaycanda ilk evlilik proqramında ailə qurmaq şansı qazanır. Yaş məhdudiyyəti yoxdur – demək, 18-88 yaşlar arasında hər kəs bu proqramın iştirakçısı ola bilər. Proqram həftədə 5 dəfə 2 saatlıq canlı yayımda, canlı musiqi və canlı telefon zəngləri ilə efirə çıxır. Üstəlik sosial status da qeyri-məhduddur – bəxtini hər kəs axtarır, hər kəs evli-ailəlivə xoşbəxt olmaq istəyir! Biz isə hər kəsə bu şansı veririk!
Proqrama gələn öz maraqları, qazancı, peşəsi və işi haqda danışır. Necə bir insanla ailə qurmaq istəyir – bu barədə də məlumat verir. Televiziya tamaşaçılarından kimsə onu bəyəndisə, canlı efirə zəng vurur və növbəti proqramlardan birinə dəvət alır. İkisinin ilk görüşü studiyada aralarında arakəsmə olmaq şərtilə keçirilir. Bir-birini görmədən simpatiya yarandısa, onlar söhbəti sakit bir kafedə romantik ab-havada çay süfrəsində davam etdirir. Evlənmək qərarını qəbul etdikdə isə proqramın yaradıcı heyəti studiyada möhtəşəm bir şou təşkil edir – gəlinlik və bəylik geyən evlənənlər üçün nigah məmuru dəvət olunur, pirotexnik effektlərin müşaiti ilə canlı musiqi sədaları altında onların nigahları kəsilir. Bu cütlüklərin nigah şahidləri bütün Azərbaycan olur! Toyları da həmçinin: toy şənliyini “TOY OLSUN”un aparıcıları Ülvira və Elgiz aparır, tanınmış müğənnilər burda iştirak edir və növbəti efir zamanı toydan çəkilmiş süjet yayımlanır. Kim ki bizim proqramda ilk dəfədən qismətini tapa bilməyib qalır studiyada, onun vaxtaşırı yenidən göstəririk və yada salırıq. Beləliklə, Azərbaycanda subay qalmayacaq!
Üstəlik! Biz evlənənlərə cehiz və möhtəşəm toy da edirik! Daha nə istəyirsiniz? Biz sizin bəxtinizi açırıq. Durmayın!
Geyinin, kecinin, gəlin!
17 oktyabrdan etibarən həftə içi 5 gün saat 17:00 - da ANS-də!!!
Aparıcılar: Elgiz Əkbər və Ülvira Qarayeva
Produserlər: Şahin Əhədov və Nurlan Bağırzadə








Şərh yazın
Şərh sayı: 317
Cavab #188 on : Thu February 02, 2012, 17:14:23
Şərh sayı: 317
Cavab #187 on : Tue October 25, 2011, 00:06:22
Şərh sayı: 317
Cavab #186 on : Mon October 24, 2011, 16:07:20
Şərh sayı: 317
Cavab #185 on : Mon October 17, 2011, 20:51:18
Şərh sayı: 317
Cavab #184 on : Sat October 15, 2011, 00:56:59
Şərh sayı: 317
Cavab #183 on : Thu October 13, 2011, 11:56:06
Şərh sayı: 317
Cavab #182 on : Thu October 13, 2011, 11:48:47
Şərh sayı: 317
Cavab #181 on : Mon October 10, 2011, 23:07:18
Şərh sayı: 317
Cavab #180 on : Sat September 17, 2011, 00:10:28
Şərh sayı: 317
Cavab #179 on : Fri September 16, 2011, 09:24:50