Elli və Dilli

«Elli və Dilli» uşaqlar üçün nəzərdə tutulan layihədir. Layihə telebaxça formatında hazırlanır. Veriliş aparıcıların maraqlı söhbətləri, gərəkli rubrikaları və süjetləri ilə məktəbə qədər və aşağı sinif şagirdlərini istiqamətləndirir, onların dünyagörüşünün inkişafına, istedadlarının  üzə çıxarılmasına yardımçı olur. Verilişdə uşaqlar lazımi məlumatlar əldə edirlər.  

 

Layihənin məqsədi məktəbə qədər uşaqlar və aşağı sinif şagirdlərinə həyatın müxtəlif sahələri barədə düzgün istiqamət vermək,  dəyərli məsləhətlər, gərəkli məlumatlar, müxtəlif oyunlar və s. vasitəsilə onları maarifləndirməkdir.

 

Verilişin rubrikaları VMZ, yaxud da studiya formatında təqdim edilir. Veriliş aşağıdakı şəkildə təqdim olunur:

1)      Uşaqların öz aralarında fərqli mövzularda müzakirəsi və mübahisəsi;

2)     Mübahisəli mövzular zamanı maarifləndirici süjetlərin verilməsi;

3)     Tərbiyəçi tərəfindən məsləhətlərin verilməsi və mövzuya istiqamətləndirmə

3)      Uşaqlara müxtəlif sualların ünvanlanması;

4)      Musiqili-əyləncəli süjetlərin təqdim olunması

 

Verilişdə VMZ formatında aşağıdakı mövzuların təqdim olunması nəzərdə tutulur:

  • Sayların öyrədilməsi;
  • Heyvanlar haqqında;
  • Təmizlik haqqında;
  • Rəqslər haqqında;
  • Mahnı oxumaq haqqında və s.

Studiyada 4 uşaq olur, 1 aparıcı - tərbiyəçi onlarla müxtəlif oyunlar keçirir, etiket qaydalırın öyrədir, maraqlı məlumatlar verir və istiqamətləndirir. Bundan əlavə verilişə kiçik yaşlı qonaqlar da dəvət edilir.

Məktəbəqədər uşaqlar və aşağı sinif şagirdləri üçün maarifləndirici verilişin hazırlanması, onların dünyagörüşünün formalaşmasına, cəmiyyətdə və ailədə düzgün davranış qaydalarına, sağlam həyat tərzinə, bilik və bacarıqlarının inkişaf etdirilməsinə istiqamət verir. Verilişin telebaxça formatında hazırlanması isə həm uşaq dilinə yaxın ifadə vasitəsinin seçilməçi, həm də vizual baxımdan rəngarənglik doğurur.

 





Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

Showing comments 1 to 10 of 23 | Next | Last
Ummane
Şərh sayı: 29
Comment
Re: Elli və Dilli
Cavab #23 on : Sun May 16, 2010, 01:30:11
Salam.bir de demek isterdim verlishin her sheyi yaxshidir bir dene bezi sozlerin rus dilinde ishledilmesi yaxshi deyil.meselen sonuncu verlishde sumka sozu ishlendi,aparici onu duzeldib chanta deye bilerdi,lakin demedi,INSHAALAH DIQQET EDERSINIZ.CHOXSAGOLUN.
Ummane
Şərh sayı: 29
Comment
Re: Elli və Dilli
Cavab #22 on : Sun May 16, 2010, 01:21:05
Salam Aleykum.ANSTVnin butun verlishleri kimi,Elli ve Dilli verlishi de chox gozeldir.Menim qizim Ruqeyyede bu verlishi chox sevir,Baladili saytinada daxil oluruq o nuda chox sevir.ANS shirketine,bu verlishin rehberine ozumun ve qizimin adindan teshekkur edirik.
Fidan
Şərh sayı: 29
Comment
Elli
Cavab #21 on : Fri May 14, 2010, 17:38:56
salam Elli ve Dilli :)) men de sizin veriliwi sevirem. ve isteyiremki sizin verilisde istirak edim. mene komek edersiz??)) men bagcaya gedirem,gelen il ise mektebe. sizin verilise baxir ve jurnal oxuyurm. cox sagoluln Fidan
irem
Şərh sayı: 29
Comment
Re: Elli və Dilli
Cavab #20 on : Tue May 04, 2010, 02:06:09
asmet cox sagol ki bizim verilisimizi izleyirsen.snin sozunu elliye catdiracam.sen verilisimizi izlemeye davam et.elli senin cavabini verilisde verer--)))
irem
Şərh sayı: 29
Comment
Re: Elli və Dilli
Cavab #19 on : Fri April 30, 2010, 21:30:30
asmet verilisimizin daimi tamasacisi olduguna gore biz sene tesekkur edirik.elli ye senin sozunu catdirdim.o sene cavabi efir vasitesiyle verecek.sene ugurlar
ASMET
Şərh sayı: 29
Comment
elli ve dilliye
Cavab #18 on : Sat April 24, 2010, 17:35:42
salam elli ve dilli. men sizin butun verlislerinizi izleyirem. men 53 sayli orta mektebin 1 Q sinifinde oxuyuram. men idmanin BADMINTON novu ile mesgul oluram. elliye demek isteyirem ki idmanla yalniz oglanlar mesgul olmur men idmanciyam. sizi coox isteyirem. gelen verlisinizi sebrsizlikle gozleyecem! esmet.
hamayil
Şərh sayı: 29
Comment
dilliye
Cavab #17 on : Mon April 12, 2010, 17:28:05
dilli men senin salamini aldim cox sagol
nermin
Şərh sayı: 29
Comment
Re: Elli və Dilli
Cavab #16 on : Mon March 29, 2010, 00:28:26
elli və dilli mən sizin verilişi çox svirəm
samir
Şərh sayı: 29
Comment
Re: Elli və Dilli
Cavab #15 on : Sun March 14, 2010, 03:25:33
elli man sanla dost ola bilaram
Anonymous
Şərh sayı: 29
Comment
Re: Elli və Dilli
Cavab #14 on : Thu February 25, 2010, 02:28:35
elmir
Showing comments 1 to 10 of 23 | Next | Last
AddThis Social Bookmark Button