Ağıl Dəryası

 

“Ağıl dəryası” intellektual verilişinin III Mövsümü yenidən start götürür.

 

Bu mövsüm də tamaşaçıları maraqlı suallar, intellektual  müzakirələr, gərgin və sağlam mübarizə gözləyir. III Mövsümün Final mərhələsində hər üç finalçını Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən imtahansız olaraq 3 attestat və verilişimizin baş sponsorundan əsas hədiyyə - 5 il ödənişsiz xaricdə təhsil gözləyir.

 

 Hər mövsüm olduğu kimi bu dəfə də  intellektual verilişin qaydalarında və sual tərtibatında dəyişiklik olacaq. Belə ki, əvvəlki mövsümdən fərqli olaraq bu verilişdə məntiqli, əyləncə xarakterli sualların sayı I və III turda daha çox olacaq,amma II tur demək olar ki, sırf tədris planı əsasında hazırlanacaq.

 

Əvvəlki mövsümlərdə olduğu kimi bu dəfə də “Ağıl Dəryası”nda  12 ən güclü 11 sinif şagirdi gərgin oyunlarda mübarizə aparacaq. Bu dəfə də seçim turu, yarımfinal və final mərhələsindən ibarət olacaq.

 

Hər seçim turu özü isə 3 Turdan ibarət olacaq. 

 

I mərhələdə iştirakçılara 4 cavab variantı olan 10 sual, düşünmək üçün isə 10 saniyə vaxt veriləcək. 1 düzgün cavab 1 balla qiymətləndirilir. I Turda səslənən suallar məktəb və intellektual xarakterli olacaq. Hər iki mövsüm olduğu kimi bu mövsümün də I Turun son sualı musiqili sual olacaq. Musiqili sual adəti üzrə Azərbaycanın ən tanınmış bəstəkarlarının mahnısı,operası,muğamı və s. olacaq. Bu turda ən çox bal toplamış 6 iştirakçı II tura keçəcək.

 

II mərhələdə iştirakçıların hər birinə ümumi fənn blokundan suallar təqdim olunacaq və ümumi fənn blokunun sualları kimya, biologiya, tarix, coğrafiya, ingilis-dili, fizika və ədəbiyyat fənlərinə aid olacaq. II Tur bitdikdən sonra ən çox bal toplayan 6 nəfər III tura,yəni finala keçəcək. 

 

Final mərhələsində yuxarıda qeyd etdiyimiz kimi 3 ən güclü 11-ci sinif şagirdi iştirak edir. III Turda da iştirakçıların xal hesabı sıfırdan hesablanır. III turda onların sırf intellektual bilikləri və məntiqi yoxlanılacaq.Onlara 4 kateqoriya təqdim olunur. Hər kateqoriyada 3 sual olur, yəni hər finalçıya bir kateqoriyadan bir sual düşür. Kateqoriyaların adları çox məşhur cümlələri əhatə edən tanınmış fikirlər olacaq. (Məsələn: Küçələrə su səpmişəm, Qulaq gündə bir söz eşitməsə kar olar, Qara otaqda qara pişik var,yəni heç nə yoxdur, Türkün türkdən başqa dostu yoxdur.) 

 

III Turun qaydalarına gəlincə isə qaydalar keçən mövsüm olduğu kimidir, yəni suallar eyni kateqoriyalar üzrə iştirakçılara soldan sağa doğru səslənir. İştirakçı öz sualına doğru cavab verdikdə 2 bal qazanır, öz sualının cavabını bilmədikdə heç nə itirmir. Ondan soldakı iştirakçı riskə gedib doğru cavab verərsə 3 bal qazanır, səhv cavab verərsə və hesabında bal 0(sıfır)-dan yuxarıdırsa o zaman 1 bal itirir. Bir sözlə ilk kateqoriyada hər üç iştirakçı riskə gedə bilər, çünki hər üçünün balı sıfırdır. 

Beləliklə III Turda ən çox bal toplayan iştirakçı seçim turunun qalibi seçilir. Verilişin Ağıl Dəryası adlanır!

 

Beləliklə may ayının əvvəllərində seçim turlarının qalibləri,yəni bizim Ağıl dəryaları arasında yarımfinala keçid üçün riyaziyyat fənnindən II Mövsümdə olduğu kimi yazılı test imtahanı olacaq. Məlum olduğu kimi biz dəryalarımızı veriliş ərzində bütün fənlərdən yoxlaya bilirik. Amma  riyaziyyat fənnindən bu mümkün olmadığına görə sonda qaliblərimizi bu cür yazılı imtahanla yoxlayırıq. 

 

Beləliklə hər seçim turunun qalibi may ayında olacaq  yarımfinala  keçir və 3 yarımfinal olacaq. Hər 3 yarımfinaldan bir nəfər qalib isə Super-Final mərhələsinə qatılacaq. Yuxarıda qeyd etdiyimiz kimi III Mövsümün Final mərhələsində hər üç finalçını Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən imtahansız olaraq 3 attestat və verilişimizin baş sponsorundan əsas hədiyyə - 5 il ödənişsiz xaricdə təhsil gözləyir. Ağlına və özünə güvənənlər! Buyurun gəlin və qalib olun. Sizin zəkanızı bütün dünya görəcək! Zəkanızın ən yaxşı sübut yolu-Ağıl dəryası!

 

Qeyd edək ki, intellektual oyunda iştirak etmək üçün "www.anstv.ws" saytında "Ağıl Dəryası" bölməsində qeydiyyatdan keçib, orada göstərilən bəndləri düzgün və ətraflı doldurmaq lazımdır.

 

Xatırladaq ki, "Ağıl Dəryası" intellektual şousu ANS Televiziyasının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihədir. I mövsümdə “Ağıl Dəryası” intellektual şousunun qalibi olan “Ankara” liseyinin məzunu olmuş Kamran Ələkbərov Azərbaycan təhsil sistemi tarixində ilk dəfə olaraq imtahansız attestatla mükafatlandırılıb. Qalibə attestatı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov şəxsən özü təqdim edib.

II Mövsüm gözlənildiyindən daha mükəmməl oldu. Belə ki, hər üç finalçıya( Nərmin Əliyeva Bakı şəhəri 8 saylı III yer, Əli-Əliyev Zəkalar liseyi II yer və Mehparə Qasıməliyeva 322 saylı I yer) Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov tərəfindən imtahansız 3 attestat, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tərəfindən diplomlar və Şimali Kipr Yakın Doğu universitetinin rəhbəri Suat Günsel tərəfindən hər üç iştirakçı xaricdə beş il ödənişsiz təhsillə mükafatlandırıldı.

 

 

Hazırladı:

Elçin Bayramov

“Ağıl dəryası” verilişinin

layihə rəhbəri və prodüseri 

 





Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

Showing comments 1 to 10 of 571 | Next | Last
Ağil Deryası
Şərh sayı: 760
Comment
Ali Nadirliyə
Cavab #571 on : Tue September 27, 2011, 17:43:38
Salam Nadir!!! hemişə özünə belecə güvən inşallah qalib gələrsən))))))) Ancaq çalış derslərini daha çox oxuyasan)))
Gülnar
Şərh sayı: 760
Comment
Agil deryasi
Cavab #570 on : Mon September 26, 2011, 19:11:35
Verilisiniz eladi. Cox xosuma gelir :))
Gülnar
Şərh sayı: 760
Comment
Agil deryasi
Cavab #569 on : Mon September 26, 2011, 12:34:46
Verilis cox superdi... qruplar uzre olsa super olardi. men 1-ci qrupam,oz fenlerimin suallarina cavab vere bilirem ancaq. humanitar suallara yox. cox isteyerdim ki qruplara gore suallar frqlensin :)
behruz
Şərh sayı: 760
Comment
Re: Ağıl Dəryası
Cavab #568 on : Mon September 26, 2011, 11:34:45
attestat almaq
ali m-ov
Şərh sayı: 760
Comment
agil deryasi
Cavab #567 on : Sun September 25, 2011, 19:43:41
salam.,.. men yeniden qatilmaq istireem,,, 1cide biraz yaxsi deildim..xais edirem cox xxais edirem yeniden meni devet edesiz.... bu defe elaa olacaq soz verirem
ruslan
Şərh sayı: 760
Comment
Re: Ağıl Dəryası
Cavab #566 on : Sun September 25, 2011, 14:06:41
salam bu intellektual verilisde mezunlar istirak ede bilerler
RƏVAN
Şərh sayı: 760
Comment
cografiya
Cavab #565 on : Sun September 25, 2011, 11:58:20
ağıl dəryası praqramına qatılmaq istəyirəm proqramda verilən sualların coxunu bilirəm
ALI NADIRLI
Şərh sayı: 760
Comment
AGIL DERYASI
Cavab #564 on : Sat September 24, 2011, 20:44:13
4 OKTYABR GELSEYDI SORGUNU YENIDEN GONDERERDIM 2 DEFE GELMEK ISDEYIREM AMA BU SEFER INSALLAH QALIB OLARAQ AYRILACAM O KURSU ARXASINDAN ELAVE SUALA BELE QALABILMEYIB TERK EDEN ALI DEYILEM ARTIQ
Leyla
Şərh sayı: 760
Comment
Agil deryasi
Cavab #563 on : Sat September 24, 2011, 09:25:43
salam agil deryasi verliwi eladir cox semimi kollektivi var amma 1azda heyecan olaya yoxsa her wey yaxwi olar amma 1deqiqe en gergin deqdir 2ci olduguma gore sevinirem sizede ugurlar arzulayiram
suleyman
Şərh sayı: 760
Comment
tarix
Cavab #562 on : Fri September 23, 2011, 10:22:53
naxcivan
Showing comments 1 to 10 of 571 | Next | Last
AddThis Social Bookmark Button