|

|
|
|
Elgizli axşamlar
|
|
“ELgizli axşamlar” adı ilə efirdə yayımlanacaq tok şouda real həyatda gizli qalan məqamlara toxunulacaq. Sözügedən verilişdə ailə münaqişələri, valideynlərinin var-dövlətini mənimsəyərək onları çölə atan övladlar, evli kişinin şirin dillərinə allanan xanımlar, ərli qadınların həyat yoldaşlarına xəyanəti, qeyri-rəsmi dogulan uşaqları taleyin hökmünə buraxan anaların aqibəti və aglasıgmaz məqamlar yalnız Elgiz Əkbərin gizli axşamlarında müzakirə olunacaq. Tükürpədici, insanları dəhşətə gətirən inanılmaz kadrlar, faktlar, şərhlər...
Öz obyektivliyi ilə tamaşaçıların rəgbətini qazanmış Elgiz Əkbər hər birinizin görmək istədiklərini yenidən evinizə gətirəcək. Peşəkarcasına işlənilmiş, obyektiv araşdırılmış, faktlarla zənginləşdirilmiş əhvalatlar bir daha hamının maraq dairəsinə çevriləcək. Beləliklə, hər həftənin bazar günü saat 22.00-da “ELgizli axşamlar”a baxın ki, həyatın gözlənilməz sınaqlarından, taleyin oyunlarından xəbərdar olasınız. Verilişin prodüsseri Afət Rahilqızıdır.
|
|
|