İç xəbər
Azərbaycanın sosial-ictimai həyatında hadisə sayılan "İç xəbər" verilişi 1998-ci ilin yanvarın 11-də yaradılıb. İlk vaxtlar gündə bir dəfə- gecə saat 00:00-da efirə çıxan bu veriliş iki ay sonra, yəni martın 2-dən düz 2000-ci ilin fevralın 4-nə qədər səhər saat 7:40, 8:40 və 9:40- da yayımlanmağa başlayır. Fevralın 19-dan verilişin səhər buraxılışı dayandırılır və "İç xəbər" tamaşaçılarla görüşə yalnız gecə saatlarında gəlir. Ölkədə baş verən sosial-ictimai, kriminal səpkili xəbərlərlə hər kəsin marağına səbəb olan "İç xəbər" qısa zaman kəsiyində çoxlarının ümid yerinə çevrilir. Şəhid ailəsinin üzvlərindən tutmuş kimsəsizlər, əlillər, evi zəbt edilənlər, o cümlədən, qazı, işığı, suyu kəsilənlər də, hüquq-mühafizə orqanlarının süründürməçiliyindən bezənlər də, yalnız bir ünvan tanıyır. ANS-İ, onun "İç xəbər" verilişini. Yalnız 2002-ci ildə "İç xəbər" bir müddət fəaliyyətini dayandırır. 2004-cü il yanvarın 5-dən veriliş təkrar ekranlara qayıdır və o vaxtdan bu günə qədər tamaşaçıların ən çox sevdiyi xəbər buraxılışlarından biridir. Bərpasından sonra yalnız gecə saat 00.30-da efirə çıxan "İç xəbər"ə tamaşaçılar artıq bir neçə ildir ki, həm günorta saat 15:30-da, həm də gecə 23:00-da baxa bilirlər. "İç xəbər" xalqın proqramıdır. Sadə vətəndaşların gündəlik həyatda üzləşdikləri problemləri 10 müxbir yorulmadan xalqa çatdırır. Verilişin aparıcıları- Elnur Hidayətoğlu, Səbinə Heydərova, Nərmin Abbasova, İlkin Kərimovdur. Müxbirlər- Samirə Ağaliyeva, ilahə Vəliyeva, Aytən Abdulova, Sərxan Kamallı. Verilişin redaktoru- Lalə Nurəddin qızı, şef redaktoru- Ləman Əliəşrəf qızıdır.









Şərh yazın
Şərh sayı: 217
Cavab #80 on : Mon May 10, 2010, 07:43:34
Şərh sayı: 217
Cavab #79 on : Sat May 08, 2010, 00:42:08
Şərh sayı: 217
Cavab #78 on : Thu May 06, 2010, 17:29:29
Şərh sayı: 217
Cavab #77 on : Wed May 05, 2010, 06:25:22
Şərh sayı: 1
Cavab #76 on : Tue April 20, 2010, 17:01:45
Şərh sayı: 217
Cavab #75 on : Tue April 20, 2010, 03:44:05
Şərh sayı: 217
Cavab #74 on : Fri April 16, 2010, 22:39:54
Şərh sayı: 217
Cavab #73 on : Fri April 16, 2010, 22:09:47
Şərh sayı: 217
Cavab #72 on : Wed April 14, 2010, 07:11:34
Şərh sayı: 217
Cavab #71 on : Tue April 13, 2010, 19:47:07