İqtisadi xəbərlər

ANS TV-nin ən uğurlu layihələrindən olan "İqtisadi xəbərlər" ölkədə və dünyada baş verən ən son iqtisadi yenilikləri tamaşaçilarin diqqətinə çatdirir. İqtisadiyyat xəbərləri gündə 2 dəfə - saat 15:00-da və 21:35-də efirdə olur. Buraxılışlarımızda Azərbaycanın iqtisadi həyatında baş verən hadisələr, mühüm əhəmiyyət kəsb edən iqtisadi göstəricilər, ölkənin iqtisadi inkişaf istiqaməti ilə bağlı xəbərlər, müsahibələr, statistik məlumatlar, ekspert şərhləri verilir. Bununla yanaşı dünya iqtisadiyyatında baş verən hadisələr diqqətdə saxlanılır və  nüfuzlu informasiya  və reytinq  agentliklərinin məlumatlarından  istifadə edilir. Tamaşaçılar qaçan sətrlərdən aparıcı valyutaların rəsmi məzənnələri, əsas birja məhsullarının - neft, buğda, pambıq, qızıl və gümüşün ən son birja qiymətləri,  fond birjalarının aparıcı indeksləri  barədə məlumat verilir. Qaçan sətrlərdə həmçinin iqtisadi xəbərlər, maarifləndirici məlumatlar yerləşdirilir. Ümumiyyətlə, iqtisadi xəbərlər informasiya əldə etmək və iqtisadi bilikləri artırmaq baxımından  sahibkarlar, fermerlər, dövlət qulluqçuları, tələbələr, bir sözlə geniş tamaşaçı kütləsi üçün əhəmiyyətlidir.

 





Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

ELSEN
Şərh sayı: 12
Comment
Re: İqtisadi xəbərlər
Cavab #3 on : Thu February 04, 2010, 18:57:11
cox yaxsidir hem de maraqli ugur olsun
Anonymous
Şərh sayı: 12
Comment
Re: İqtisadi xəbərlər
Cavab #2 on : Sat January 30, 2010, 03:55:49
gozel tertibatdi.
Elchin
Şərh sayı: 12
Comment
Ümumi
Cavab #1 on : Fri September 25, 2009, 20:10:31
Saytınız çox xoşuma gəldi. Sizi təbrik edirəm. Uğurlar.
AddThis Social Bookmark Button