İqtisadi xəbərlər

ANS TV-nin ən uğurlu layihələrindən olan iqtisadi xəbərlər ölkədə və dünyada baş verən ən son iqtisadi yenilikləri tamaşaçilarin diqqətinə çatdirir. İqtisadiyyat xəbərləri gündə 2 dəfə - saat 15:00-da və 21:35-də efirdə olur. Buraxılışlarımızda Azərbaycanın iqtisadi həyatında baş verən hadisələr, mühüm əhəmiyyət kəsb edən iqtisadi göstəricilər, ölkənin iqtisadi inkişaf istiqaməti ilə bağlı xəbərlər, müsahibələr, statistik məlumatlar, ekspert şərhləri verilir. Bununla yanaşı dünya iqtisadiyyatında baş verən hadisələr diqqətdə saxlanılır və  nüfuzlu informasiya  və reytinq  agentliklərinin məlumatlarından  istifadə edilir. Tamaşaçılar qaçan sətrlərdən aparıcı valyutaların rəsmi məzənnələri, əsas birja məhsullarının - neft, buğda, pambıq, qızıl və gümüşün ən son birja qiymətləri,  fond birjalarının aparıcı indeksləri  barədə məlumat verilir. Qaçan sətrlərdə həmçinin iqtisadi xəbərlər, maarifləndirici məlumatlar yerləşdirilir. Ümumiyyətlə, iqtisadi xəbərlər informasiya əldə etmək və iqtisadi bilikləri artırmaq baxımından  sahibkarlar, fermerlər, dövlət qulluqçuları, tələbələr, bir sözlə geniş tamaşaçı kütləsi üçün əhəmiyyətlidir.

 





Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

AddThis Social Bookmark Button