Növbətçi

   novbetci   "Növbətçi" verilişi 9 yanvar 2006-cı ildə ilk dəfə efirə çıxıb. 2007-ci ilə qədər veriliş həftə içi hər gün axşam saat 23:35-də yayımlanıb. 2007-ci ilin sentyabr ayından isə "Növbətçi" verilişi həftə içi hər gün günorta saat 14:40-da, axşam isə saat 23:35-də efirdə olur. Verilişdə gün ərzində paytaxtda, eləcə də əyalətdə baş verən ən son kriminal hadisələr haqqında materiallar təqdim olunur. Verilişin yaradıcı heyəti 4 nəfərdən ibarətdir. "Növbətçi"-nin aparıcıları Rəşad Abbasov və Elnarə Məmmədovadır. Müxbirlər isə Anar Qafarov və Azər İsrafilovdur. Gecə və gündüz "Növbətçi"-nin daim növbədə olan əməkdaşları ölkədə baş verən yol qəzaları, qətllər, yanğınlar, partlayışlar, oğurluq, quldurluq, soyğunçuluq, bıçaqlanma və digər bu kimi kriminal hadisələri lentə alaraq, hazırlayıb tamaşaçılara təqdim edir. Qarşılaşdığınız, şahidi olduğunuz bütün bu kimi kriminal hadisələr haqqında məlumatları isə siz qaynar xəttimiz olan (050) - 203- 02- 02 mobil və bu istiqamətdə olan zəngləri səhər saat 10:00 -dan axşam saat 22:00-a kimi qəbul edən (012) - 510 - 28 - 08 şəhər nömrəsinə zəng etməklə çatdıra bilərsiniz. Həftə içi hər gün "Növbətçi" verilişində təqdim olunan ölkədə baş vermiş kriminal hadisələri ekran qarşısında əyləşib izləmək istəyirsinizsə odur ki, çalışın cinayətdən və cinayətkarlardan hər zaman uzaq olun...

 

 

 

 





Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

AddThis Social Bookmark Button