Qaydasız döyüş

    döyüş "Qaydasız döyüş" müasir gənc, intellektual nəsillə artıq ömrünü yaşamış, pul, var - dövlət, vəzifə hərisliyini həyat amalı seçən nəsil arasında gedən gizli münaqişəyə həsr olunub. Əslində hər şey aydındır: köhnə maqnatlar öz yerlərini tenderdə qalib gələn gənclərə verməlidirlər.Amma onlar öz gəlir və postlarından asanlıqla əl çəkmək istəmirlər, ən yüksək vəzifə eşelonlarında arxa axtarır, yeri gələndə kriminal hərəkətlərdən çəkinmirlər.Əsasən detektiv janrında  qurulan ssenaridə hadisələr getdikcə düyünlənir,qəlizləşir, lakin rəqib nə qədər güclü olsa da gənclərin iradəsini, əzmini sonadək qıra bilmir.Hadisələr gərginləşdikcə, gənclər daha da bərkiyir, öz mövqelərində möhkəm dayanaraq rəqiblərin iç üzünün açılmasına sona qədər qoç kimi davam gətirirlər.Gərgin dramatik hadisələr üzərində qurulan serial lirik-psixoloji epizodlarla da zəngindir.

 





Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

AddThis Social Bookmark Button